Ermənistanın “galatv.am” saytı: “Ermənistanda Prezident Administrasiyası qarşısında növbəti etiraz aksiyası keçirilib”
"Ermənistanda Prezident Administrasiyası qarşısında növbəti etiraz aksiyası keçirilib". Bu haqda SİA Ermənistanın "galatv.am" saytına istinadən xəbər verir. Məlumata görə, etiraz edənlər "Tonus" tikinti şirkətinə qarşı öz etirazlarını bildirib. Etirazçılar Serj Sarkisyanla görüşmək istədiklərini bəyan ediblər. Çünki, artıq neçə illərdir onların problemi öz həllini tapmır: "10 ildir bizə dəfələrlə söz verilsə də, problemimiz həll olunmur".
2006-cı ildə 140 dan artıq ailə "Tonus Konstrakşn" şirkəti ilə müqavilə imzalayıb. Həmin şirkət də, sözügedən ailələri evlə təmin etməli idi. Lakin ödəniş etdikdən sonra məlum olub ki, satın aldıqları evlər "Artsax Bank"a girov qoyulub.
Erməni nəşri bildirib ki, Ermənistan Prezident Administrasiyasının rəsmi nümayəndəsi Ovanes Ovsepyan etiraz aksiyasını təcili dağıtmaq məqsədilə 6 nəfər şikayətçini qəbul edib. Bununla yanaşı Ovsepyan digər etirazçıları aksiyanı sonlandırmadıqları təqdirdə, şikayətlərinə baxmamaqla hədələyib.
Qeyd edək ki, sözügedən şirkət "Çiçəklənən Ermənistan" partiyasının üzvü, Aşot Tanoyana məxsusdur.
Ülkər Musazadə
Bütün xəbərlər Facebook səhifəmizdə