Ermənistanın “Epress.am” saytı: “Banan Ermənistanda dünyanın hər yerindəkindən baha satılır”

Ermənistanın “Epress.am” saytı: “Banan Ermənistanda dünyanın hər yerindəkindən baha satılır”

"Ermənistanda bananın satışı 2013-cü ildən etibarən monopoliyaya alınıb". Bu haqda SİA Ermənistanın "Epress.am"saytına istinadən xəbər verir. Məlumata əsasən, Ermənistanda bananın qiyməti həddindən ziyadə yüksəkdir. Bunun da səbəbi bananın inhisara alınmasıdır. Hazırda Ermənistanda bir kiloqram bananın qiyməni 1000 dramdır (2.5$).

Ermənistanın İqtisadi Rəqabət Dövlət Komissiyasının üzvü Aram Saakyan bildirib ki, bununla bağlı öz etirazlarını bildirsə də, müvafiq dövlət qurumları tərəfindən heç bir addım atılmayıb: "Ermənistana banan idxal edən yeganə şirkət "Ketrin" şirkətidir. Həmin şirkət də Məhkəmə Aktlarının Məcburi İcrası Xidmətinin rəhbərinə - Miqran Poqosyana məxsusdur".

Qeyd edək ki, Avropa ölkələrində 1 kiloqram bananın qiyməti 1 avrodur (570 erməni dramı). Ən bahalı supermarketlər də belə bananın qiyməti 1.2 və ya 1.3 dollardır.

Erməni saytı onu da qeyd edir ki, Ermənistanda bütün sahələrdə inhisarçılıq mövcuddur.

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə