Aydın Hüseynov: “Dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi şəffaflığı və operativliyi təmin edir” RƏY
"Azərbaycan iqtisadiyyatı yüksək inkişaf mərhələsinə qədəm qoyub, iqtisadiyyatın bütün sahələrində yeni meyarlar tətbiq olunur, bütün bu amillər iqtisadi qurumların da fəaliyyətinin təkmilləşdirilməsini, müasir əsaslara uyğun qurulmasını tələb edir". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsinə, eləcə də şəffaflığın və operativliyin təmin olunmasına münasibət bildirərkən deyib.
Prezident İlham Əliyevin davamlı olaraq icra qurumlarının və idarəçilik institutlarının fəaliyyətininin müasir tələblər səviyyəsində qurulması, icra orqanlarının fəaliyyətində şəffaflığın və operativliyin təmin edilməsi üçün əhəmiyyətli tədbirlər gördüyünü vurğulayan Aydın Hüseynov onu da qeyd etdi ki, yeni yaradılmış Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də özündə, məhz bu amilləri əks etdirir: "Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yeni yaradılmış Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də bu məqsədyönlü siyasətin tərkib hissəsidir. Əlbəttə ki, bu faktor həmçinin, ölkəmizdə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi həyata keçirilən siyasi və iqtisadi islahatların əsas istiqamətlərindən biridir. Məlum olduğu bir neçə il əvvəl Rabitə Nazirliyinin bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradıldı və burada əsas məqsəd ölkədə informasiya-kommunikasiya terxnologiyalarının inkişafına nail olmaq və bu sahəyə mərkəzləşdirilmiş şəkildə koordinasiya etmək üçün çevik və dinamik icra qurumunun fəaliyyətini təmin etmək idi. Ötən müddət ərzində İKT-nin inkişafında və Azərbaycanın informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə dünya reytinqində mövqeyinin yaxşılaşmasında həmin qurumun fəaliyyəti mühüm rol oynayıb".
YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov onu da əlavə edib ki, hazırda ölkəmiz kommunikasiya texnologiyaları sənayesinin inkişafı üçün məqsədli layihələrə start verib: "İKT sənayesinin əsas sahəsi olan yüksək texnologiyalar parkının yaradılması ilə bağlı işlər sürətlənməkdədir. Yüksək texnologiyalar parkını yaratmaqda məqsəd ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etməkdir. Bu mənada yeni İKT sənayesi modelinin uğurla tətbiq olunmasında yeni yaradılan dövlət qurumunun üzərinə mühüm vəzifələr düşəcək və inanıram ki, bu layihələr də uğurla həyata keçiriləcək. Dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, onlara nəzarət mexanizmlərinin gücləndirilməsi idarəetmədə iqtisadi səmərəliliyi artırmaqla yanaşı, şəffaflığın da artmasına səbəb olur".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB