"Ukraynadakı gərgin vəziyyət müharibə olmadan həll olunacaq" Münasibət
"Ukraynada baş verən hadisələri mütəmadi şəkildə izləyirik. Qeyd etmək lazımdır ki, Ukrayna və rus xalqları bir soya və kökə bağlıdır. Buna görə də orada müharibə vəziyyətinin yaranması gözlənilən deyil". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə Ukraynadakı vəziyyəti şərh edərkən deyib.
O bildirib ki, Ukraynanın indiki hakimiyyətinin ən səhv addımlarından biri ölkədə dərhal rus dilinin rəsmi şəkildə ləğv edilməsi oldu: "Bu da rus millətini çox qıcıqlandırdı. Çünki Ukraynada çox sayda ruslar yaşayır. İnanıram ki, Ukraynadakı gərgin vəziyyət tezliklə sülh yolu öz həllini tapacaq. Avropa İttifaqı və Amerika bu məsələdə vasitəçi rolunu təklif ediblər. Yaxın zamanlarda bu missiya başlayacaq".
Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Hüseynbala Mirələmov isə deyib ki, kimin haqlı və ya haqsız olmağından asılı olmayaraq, orada müharibə olmasının tərəfdarı deyil: "Bir sözlə, hər hansı bir ölkədə müharibə olması fikirlərini lənətləyirəm. Çünki müharibə bəşəriyyət tarixində canlı aləmi məhv edən hadisədir. İstərdim ki, danışıqlar masası arxasında oturub məsələni sülh yolu ilə həll etsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB