Krım Parlamentindən şok addım!

Krım Parlamentindən şok addım!

Bu gün Krım Muxtar Respublikasının parlamenti müstəqillik bəyannaməsi qəbul edib. Bəyannamənin lehinə iclasda iştirak edən 100 deputatdan 78-i səs verib.

Bəyannamədən çıxarış: "Əgər 16 mart referendumunda Krım və Sevastopolun Rusiyanın tərkibinə keçməsi qərarı verilərsə, Krım özünü dərhal respublika tipli müstəqil dövlət elan edəcək və onu Rusiya Federasiyasının yeni subyekti kimi qəbul etmək üçün Rusiyaya müraciət edəcək".

Bəyannamədə BMT Nizamnaməsi və digər beynəlxalq sənədlərdə əksini tapmış millətlərin öz müqəddəratını təyinetmə hüququna və BMT-nin himayəsindəki beynəlxalq məhkəmənin Kosovonun müstəqilliyi haqqında 22 iyul 2010 tarixli qərarına istinad olunur. Həmin məhkəmənin qərarına görə, dövlətin bir hissəsinin öz müstəqilliyini elan etməsi beynəlxalq hüquqa zidd deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə