Erməni millət vəkili: “Ermənistanda yazıçılar birliyi xaş həvəskarları birliyindən fərqlənmir”

Erməni millət vəkili: “Ermənistanda yazıçılar birliyi xaş həvəskarları birliyindən fərqlənmir”

"Ermənistanda Yazıçılar Birliyi xaş həvəskarları birliyinin günündədir". Bu haqda SİA Ermənistanın News.am saytına istinadən xəbər verir. Məlumata əsasən, bu sözləri Ermənistan Parlamentinin deputatı Aleksandr Arzumanyan bildirib.

Onun sözlərinə görə, Ermənistanda mədəniyyət sahəsinə və mədəniyyət işçilərinə qiymət verilmir: "Ermənistanda Yazıçılar Birliyi həm görünüş, həm də ad baxımından çox pis vəziyyətdədir. Hesab edirəm ki, hakimiyyət Yazıçılar Birliyinə qayğı göstərməlidir. Bundan əlavə, Yazıçılar Birliyinin adı dəyişərrək, Xaş İttifaqı ilə əvəz olunmalıdır. Çünki bu gün Ermənistanda Xaş Həvəskarları Birliyi də fəaliyyət göstərir. Lakin Yazıçılar Birliyi ilə Xaş Həvəskarları Birliyi arasında heç bir fərq yoxdur".

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə