Elmar Məmmədyarov martın 10-da Parisdə Minsk qrupunun həmsədrləri ilə görüşəcək
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 10-da Fransanın paytaxtı Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri deyib ki, E.Məmmədyarov həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqların gedişini müzakirə edəcək.
Xatırladaq ki, Minsk qrupunun həmsədrləri martın 3-də Parisdə Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanla danışıqlar aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB