Eynulla Fətullayev: "Sərdar Cəlaloğlu dəlixanaya salınmalıdır" İTTİHAM

Eynulla Fətullayev: "Sərdar Cəlaloğlu dəlixanaya salınmalıdır" İTTİHAM

Jurnalist Eynulla Fətullayev Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun növbəti iddiasına facebookdakı hesabında münasibət bildirib. SİA-nın məlumatına görə, "Ya Sərdar Cəlaloğlu dəlixanaya salınmalıdır, ya da mən Azərbaycandan köçüb gedəcəm" - deyə qeyd edən Fətullayev Cəlaloğlunun Eynşteynin nəzərriyəsində səhv tapmasına fikrini bildirərkən belə yazıb.

Sərdar Cəlaloğlunu ağıllı adam hesab etmədiyini deyən Eynulla Fətullayev əsəblərini cilovlaya bilməyərək sözügedən fikirlərini paylaşıb: "Bu gicin ağzını yuman olmayacaq? İndi deyir ki, Eynşteynin səhvlərini tapıb".

Xatırladaq ki, son günlər Eynulla Fəətullayevlə Sərdar Cəlaloğlu və Qurban Məmmədov qardaşları arasında münasibətlər gərginləşib. Belə ki, Qurban Məmmədov Eynulla Fətullayevi "canlı bomba" adlandıraraq onu müxalifət düşərgəsinə təhlükə kimi təqdim etmişdi.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə