Hərbiçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Hərbiçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Martın 10-da Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, Bakıda Azərbaycan və Birləşmiş Krallığın müdafiə nazirlikləri arasında qərargah danışıqları keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, martın 10-dan aprelin 25-dək Şrivenhem şəhərində (Böyük Britaniya) geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması üzrə 9-cu kurs, martın 10-dan 14-dək Ankara və İstanbul şəhərlərində (Türkiyə) "Terrorizmə qarşı mübarizə" kursu və NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, NATO Kollektiv Regional Təliminin (REGEX-14) Planlaşdırma üzrə 4-cü işçi görüşü keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə