KAXCP Milli Şuraya şərt qoydu SON TƏLƏB

Mirmahmud Mirəlioğlu: "Milli Şuranın qərarından asılı olmayaraq…"
KAXCP Milli Şuraya şərt qoydu SON TƏLƏB

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasını (KAXCP) sədri Mirmahmud Mirəlioğlu rəhbərlik etdiyi partiyasının qarşıdan gələn bələdiyyə seçkilərinə qatılacağını inkar etməyib. SİA-nın məlumatına görə, KAXCP sədri təşkilatın Milli Şurada təmsil olunmasına baxmayaraq, qurum tərəfindən verilən qərarları icra etmək məcburiyyətində olmadığını bildirib: "Milli Şuranın qərarından asılı olmayaraq müstəqil təşkilat kimi KXCP bələdiyyə seçkilərinə qatılacaq".

Mirəlioğlu AXCP sədri Əli Kərimliyə eyham vuraraq bildirib ki, Milli Şurada heç kim digərinə qarşı hökm dili ilə danışa bilməz: "Əgər biz birgə fəaliyyət göstəririksə, qarşılıqlı münasibətlərimiz olmalıdır, bir-birimizə hökm etməli deyilik, bir-birimizlə tələb dilində danışa bilmərik".

Xatırladaq ki, son günlər KAXCP tərəfindən Milli Şura ilə bağlı, eyni zamanda adıçəkilən qurumda AXCP-nin mövqeyi ilə bağlı ittihamlar səsləndirilməkdədir. Artıq partiyanın Milli Şura sıralarını tərk etməsi də istisna olunmur.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə