“8 mart” Beynəlxalq qadınlar günü Bilgəhdəki qocalar evində də keçirildi
Bu gün "Qadın və uşaqların problemlərinin araşdırılması" ictimai birliyinin təşəbbüsü ilə "8 mart" Beynəlxalq qadınlar günü münasibətilə Bilgəhdə yerləşən qocalar evində tədbir keçirilib. Tədbirdə ictimai birliyin sədri Kəmalə Əliyeva, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin nümayəndəsi Vəsilə Mövsümova, Sağlam Həyat Naminə ictimai birliyinin sədri Sədaqət Hüseynova iştirak ediblər. Tədbiri giriş sözü ilə açan qocalar evinin müdiri Qətibə Əsədova qocalar evinin sakinlərini "8 mart" Beynəlxalq qadınlar günü münasibəti ilə təbrik edib. Qeyd olunub ki, bu gün belə bir bayramın fəal cəmiyyət üzvləri ilə keçirilməsi yaşlı nəslin nümayəndələrini sevindirir.
Daha sonra Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin nümayəndəsi Vəsilə Mövsümova da çıxış edərək qeyd edib ki, bu gün Azərbaycanda qocalara, yaşlı nəslin nümayəndələrinə xüsusi qayğı göstərilir: "Ölkə başçımız cənab İlham Əliyev hər zaman bu istiqamətdə diqqətini əsirgəməyib. Bu gün ölkədə mövcud olan tərəqqi artıq bütün sahələri əhatə edib. Bunun nəticəsidir ki, artıq yaşlı nəslin nümayəndələri üçün belə gözəl, bütün şəraiti olan qocalar evi istifadətyə verilib".
Tədbirin təşkilatçısı "Qadın və uşaqların problemlərinin araşdırılması" ictimai birliyinin sədri Kəmalə Əliyeva iştirak edən bütün qonaqlara təşəkkürünü bildirərək xanımlara müxtəlif hədiyyələr təqdim edib və bildirib ki, bugünkü bayram ovqatı davamlı olaraq, bütün bayram günlərində reallaşdırılacaq: "Bu gün bizlər bir daha fürsətdən istifadə edərək, sizlərin ziyarətinə gəlmişik. Təbii ki, siz yaşlı nəslin nümayəndələri buna layiqsiniz. 8 mart bayramınızı bir daha ürəkdən təbrik edirəm". Daha sonra tədbir musiqili proqramla davam etdirilib.

.jpg)
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB