"Mehriban xanım Əliyevaya verilən ad Azərbaycan qadınının adına yazılan uğurdur"
"Fransada fəaliyyət göstərən Ərəb Mədəni İrs Mərkəzi və Misirin "Nefertiti Media Productions" şirkətinin birgə keçirdiyi sorğunun nəticəsinə görə, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın 2014-cü ilin "Ən nüfuzlu qadını" adına layiq görülməsi ümumilikdə Azərbaycan qadınının adına yazılan uğurdur". Bunu SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc deyib.
Onun sözlərinə görə, beynəlxalq sorğu mərkəzlərinin nəticələri əsasında Azərbaycanın birinci xanımının ön pillələrdə yer tutması hər bir azərbaycanlı qadına verilən yüksək qiymətdir: "Mehriban xamın Əliyevanın ölkəmizin birinci xanımı kimi yerin yetirdiyi ictimai-siyasi və humanitar dövlətçilik missiyası çox uğurludur və bütün bunlar Şərq qadını obrazının formalaşmasında böyük önəm daşıyır. Təəssüflər olsun ki, ölkəmizin müstəqilliyinin ilk illərində müəyyən real səbəblərdən "Azərbaycanın birinci xanımı" statusu gerçəkləşməyib. Mehriban xanım Əliyeva qısa bir dönəmdə həm Heydər Əliyev Fonduna rəhbərlik etməklə, həm də ölkəmizin nümunəvi xanımı kimi Azərbaycanın maraqlarını beynəlxalq aləmdə təmin etməyə çalışmaqla yeni hədəflər müəyyənləşdirib. Zamanında ABŞ, İtaliya, Fransa və digər nüfuzlu ölkələrdə keçirilən tədbirlər, UNESCO və İSESCO təşkilatları ilə birgə fəaliyyət çərçivəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aksiyalarda iştirak etmək və buna təşəbbüskarlıq göstərmək, qoyulan hədəflərə doğru getməkdə müxtəlif mexanizmlər yaratmaq ölkəmizin birinci xanımının göstərdiyi xidmətlərin nəticəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB