Bahar Muradova: “Mehriban xanımın fəaliyyəti dünyada yeni standartlar müəyyənləşdirib”
"Mehriban xanım Əliyevanın 2014-cü ilin "Ən nüfuzlu qadını" adına layiq görülməsi onun dünya miqyasındakı geniş fəaliyyətinin, fədəkarlığının, dünyada millətlərarası dostluq körpüsünün salmaq istiqamətindəki səylərinin nəticəsidir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
Vitse-spiker qeyd edib ki, Azərbaycanın birinci xanımı humanizm və mərhəmət simvolu olmaqla, beynəlxalq aləmdə əsl diplomatik uğurlar əldə edib: "Onun dünyanın ən nüfuzlu xanımları içərisində xüsusi yeri və rolu var. Mehriban xanım parlamentin üzvü, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi, ölkənin siyasi həyatında da mühüm rol oynayır. Bu baxımdan, Meriban xanımın bu ada layiq görülməsi ölkənin bütün sahələrində, eləcə də beynəlxalq aləmdə qazandığı ali imicinin göstəricisidir. Tarixən, xeyirxah əməllərə imza atan Azərbaycan qadınlarının müasir nümunəsi məhz onun simasında canlanır. Dünya dövlətlərinin bir çox hadisələrlə üz-üzə qaldığı bir zamanda insanlıq, mərhəmət və qayğının önə çıxmasındakı səylərini nəinki Azərbaycan qadınlarının nümayəndəsi kimi, eyni zamanda dünya qadınlarının nümayəndəsi kimi uğurudur. Onun fəaliyyəti mənsub olduğu Azərbaycan xalqının aparıcı hissəsi olan qadınlarımıza örnək olmaqla yanaşı, həmçinin dünya qadınlarına bir örnəkdir".
Bahar Muradova onu da vurğulayıb ki, Mehriban xanımın fəaliyyəti dünyada yeni standartlar müəyyənləşdirib: "O, mənəvi keçmişinə, mənəvi irsinə sahib olan bir qadının müasir, modern düşüncələrlə sabaha necə baxmasını və bu gününü necə qurmasını nümayiş etdirir. Beynəlxalq aləmdə bir-birinin ardınca ona verilən titullar, adlar, mükafatlar məhz bu əməyin, bu fədəkarlığın göstəricisidir".
"Bir azərbaycanlı qadını kimi Mehriban xanımın əldə etdiyi bütün nailiyyətlərdən böyük qürur hissi duyuram və bu uğurların gələcəkdə də davamlı olmasını arzu edirəm"- deyə vurğulayan Bahar Muradova həmçinin, "8 mart" Beynəlxalq Qadınlar günü münsaibəti ilə Azərbaycanın birinci xanımı Mehriban xanımın timsalında bütün Azərbaycan qadınlarını da təbrik edib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB