Rasim Musabəyov: “Rusiyanı ATƏT-in Minsk qrupunun daimi üzvlüyündən çıxarmaq mümkün deyil”
"Görünür, bəzi siyasi ekspertlərin xəbərləri yoxdur ki, Minsk qrupunun həmsədrləri hansı prosedurlar və kimin razılığı əsasında fəaliyyət göstərir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rasim Musabəyov bəzi siyasi ekspertlərin Rusiyanın Krıma hərbi müdaxiləsi nəticəsində rəsmi Moskvanın ATƏT-in Minsk qrupunun daimi üzvlüyündən çıxarılacağı ilə bağlı proqnozlarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, əgər məsələ ümumiyyətlə ATƏT-in Minsk qrupunun tamamilə ləğv olunmasından getsəydi, o zaman bu kimi fikirlərlə razılaşmaq olardı: "Ancaq indiki halda Rusiyanı ATƏT-in Minsk qrupunun daimi üzvlüyündən çıxartmaq mümkün deyil".
Xatırladaq ki, bir sıra siyasi ekspertlər Rusiyanın Krıma müdaxiləsindən sonra bu ölkənin ATƏT-in Minsk qrupundan uzaqladırılacağını proqnozlaşdırıblar.
Ülkər Musazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB