Regional inkişaf və yerli özünüidarə komissiyasının ilk iclası keçirilib
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Qərargahında hakim partiiyanın nəzdində fəaliyyət göstərən Regional inkişaf və yerli özünüidarə komissiyasının ilk iclası keçirilib. SİA-nın məlumatına görə, komissiyanın sədri, millət vəkili Arif Rəhimzadə iclası açıq elan edərək komissiyanın fəaliyyəti və 2014-cü il üçün iş planı haqqında ətraflı məlumat verib.
A. Rəhimzadə diqqətə çatdırıb ki, komissiyanın 6 üzvü var. O, daha sonra YAP-ın nəzdində fəaliyyət göstərən komissiyaların Əsasnaməsi haqqında ətraflı məlumat verib. Bildirilib ki, YAP-ın nəzdində fəaliyyət göstərən komissiyalar Azərbaycan Respublikasının Konstitusiyasını, "Siyasi partiyalar haqqında" AR Qanununu, AR-ın qüvvədə olan qanunvericilik aktlarını, YAP-ın Nizamnamə və Proqramını və bu Əsasnaməni rəhbər tutur.Diqqətə çatdırılıb ki, komissiyaların fəaliyyət istiqamətləri aşağıdakılardır:
1.Müvafiq sahədə partiyanın fəaliyyətində yaxından iştirak edir;
2.Müvafiq sahənin inkişafına yönəldilmiş müxtəlif təkliflər, layihələr işləyib hazırlayır və həyata keçirir.
Bildirilib ki, Regional inkişaf və yerli özünüidarə komissiyasının 2014-cü il üçün iş planı layihəsində martın ayının ikinci yarısında Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə əlaqədar mənzil fondunun idarə edilməsi problemləri, iyun ayında Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ilə əlaqədar yerli orqanların fəaliyyəti, sentyabr ayında Bələdiyyə seçkiləri və qarşıda duran vəzifələr və oktyabr ayında Yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin fəaliyyəti barəsində tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
İclasın sonunda YAP Siyasi Şurasının üzvü Əlibaba Əliyev komissiyanın sədr müavini seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB