Tahir Rzayev: “Azərbaycanda din-dövlət münasibətləri ən yüksək səviyyədə tənzimlənib”

Tahir Rzayev: “Azərbaycanda din-dövlət münasibətləri ən yüksək səviyyədə tənzimlənib”

"Ümumiyyətlə, din həmişə həssas məsələ olub. Çox vaxt düşmən qüvvələr məhz bu amildən istifadə edərək iğtişaşlar yaratmağa cəhd ediblər. Amma Azərbaycan qüvvətli dövlətdir, dövlətimiz bütün məsələlərə nəzarət edə biləcək gücdədir. Həmçinin, Azərbaycanda din-dövlət münasibətləri ən yüksək səviyyədə tənzimlənib". Bu fikrikləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev bildirib.

Bəzi xarici dairələrin din pərdəsi altında ölkəmizdə qarşıdurma yaratmaq cəhdlərinə münasibət bildirən millət vəkili T.Rzayev qeyd edib ki, Azərbaycanda bütün dinlərə hörmətlə yanaşılır: "Ölkəmizdə başqa dinlərə məxsus cəmiyyətlər, kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Hər şey qanuni şəkildə olmalıdır. Lakin bəzi xarici dairələrin dəstəyi ilə dini təriqətlərin ölkəmizdə təxribat yaratmaq istəmələri tamam başqa məsələdir. Yəni bu cür təxribatlar əgər olarsa, qarşısı qəti şəkildə alınmalıdır. Ümumiyyətlə, bu təriqətlərin Azərbaycanda yayılmasını əngəlləmək lazımdır. Onlar ölkəmizdə asayişi pozmaqla bərabər, həm də dövlət-din münasibətlərinə ziyan vurmağa çalışırlar. Bu məsələdə hər kəs diqqətli olmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə