Elmira Axundova: “Mehriban Əliyeva Azərbaycan qadınının layiqli simasıdır”
"Mehriban xanım Əliyeva tək Azərbaycanda deyil, bütün dünyada nüfuz sahibidir". Bu fikirləri SİA-ya millət vəkili Elmira Axundova Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın Fransada fəaliyyət göstərən Ərəb mədəni İrs Mərkəzi və Misirin "Nefertiti Media Productions" şirkətinin birgə keçirdiyi sorğunun nəticəsinə görə 2014-cü ilin "Ən nüfuzlu qadını" adına layiq görülməsinə münasibətini bildirərkən deyib.
Onun sözlərinə görə, Mehriban xanım Əliyevanın fəaliyyətini ölkənin hüdudlarında da yüksək qiymətləndirirlər: "Mehriban xanım Əliyeva haqqında həm Rusiya, həm də Azərbaycan mətbuatında bir neçə məqalə ilə çıxış etdiyimə görə fəxr edirəm. Onun humanitar, elm, təhsil sahələrində həyata keçirdiyi tədbirlər həm Azərbaycanda, həm də başqa ölkələrdə yaşayan qadınlar üçün əsl örnəkdir. Onun zəngin fəaliyyəti Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasına, ölkəmizin müsbət imicinin formalaşmasına böyük töhfə verib".
Elmira Axundova həmçinin vurğulayıb ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCOnun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva həm də xalqlararası və mədəniyyətlərarası dialoqun genişlənməsində müstəsna xidmətlər göstərir: "O, əsl Azərbaycan qadınının layiqli simasıdır".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB