Ukraynanın “DW” saytı: “Rusiya Ukraynanın Sevastopol şəhərini zəbt etdi”

Ukraynanın “DW” saytı: “Rusiya Ukraynanın Sevastopol şəhərini zəbt etdi”

"Rusiya Ukraynanın Sevastopol şəhərini zəbt etdi". Bu Haqda SİA Ukraynanın "DW" saytına istinadən xəbər verir. UNİAN-nın yaydığı məlumata görə, Ukraynanın Sevastopol şəhəri Rusiyanın tərkibinə daxil olmaqla bağlı qərar qəbul edib. Eyni zamanda bu qərarın Sevastopol şəhər şurasının növbədənkənar sessiyasında qəbul edildiyi də bildirilir. Qərara əsasən Sevastopol şəhəri Rusiya Federasiyasının tərkib hissəsinə keçir. Separatçı rejim bu qərarını Avropanın yerli özünüidarə xartiyasına əsaslanaraq, iqtisadi, sosial və mədəni hüquqlara dair beynəlxalq faktla əsaslandırıb.

Qeyd edək ki, bir neçə gün öncə Rusiya dövlət başçısı Vladimir Putin mətbuat konfransında Ukraynanın ərazi bütövlüyünə xələl gətirməyəcəyi ilə bağlı bəyanat vermişdi.

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə