Əflan İbrahimov: "Ora Düşüncə Mərkəzi yox, düşüncəsizlər yığını olacaq"
"İctimai Palatanın buraxılması müxalifətin qeyri-ciddi olduğunu bir daha sübut etdi. Çünki İctimai Palatadan əvvəl onların koordinasiya şurası var idi, o ləğv edildi. İndi də İctimai Palata buraxıldı, qaldı Milli Şura... Amma yeni bir qurum yaratmağa çalışırlar-Düşüncə Mərkəzi. Deməli, bir müddət sonra Milli Şura da ləğv olunacaq və bu dəfə də Düşüncə Mərkəzini "fövqəladə" qurum kimi təqdim edəcəklər. Yəni bu qədər qeyri-ciddilik, məsuliyyətsizlik və məntiqsizlik olmaz". Bu fikirləri SİA-ya açıqlamasında "EL" Hərəkatı Partiyasının sədri Əflan İbrahimov bildirib.
Radikal müxalifətin İctimai Palatanın buraxılması və onun əvəzində Düşüncə Mərkəzi adlı bir qurumun yaradılması haqqında verdiyi qərarı şərh edən partiya sədri qeyd edib ki, bu, Düşüncə Mərkəzi yox, düşüncəsizlər yığını olacaq: "Əvvəlki qurumlarda təmsil olunan müxalifətçilərdir bu qurumda da təmsil olunacaqlar. Deməli, forma dəyişsə də, məzmun dəyişməyəcək. Məzmun, mahiyyət dəyişmirsə, bu o deməkdir ki, onlar yenə də populist, ənənəvi və və xəyallara söykənən fikirlərində qalacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB