Türkiyənin nufuzlu "Hürriyet" qəzetində ermənilərin Qarabağda törətdikləri vəhşiliklərlə bağlı məqalə dərc olunub. SİA-nın AzərTAC-a istinadən verdiyi xəbərə görə, müəllif Muammer Elveren "Qətliamın ayaq səsləri" sərlövhəli məqaləsində 25 sentyabr 1991-ci ildə Dağlıq Qarabağa səfər etdiyini nəzərə çatdırmış, erməni terrorçularının sovet silahlı birləşmələrinin dəstəyi ilə azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətindən söz açıb. Müxbir o zaman erməni millətçilərinin sovet əsgərlərinin yardımı ilə Qarabağın dinc əhalisinə mütəmadi hücumlar etdiklərini, kəndləri yandırdıqlarını, qocaları, uşaqları amansızcasına qətlə yetirdiklərini vurğulayıb. Məqalədə 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycanın dövlət və hökumət nümayəndələrinin də olduğu "Mi-8" vertolyotunun vurulmasından da bəhs edilib.
M. Elsevər 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni separatçılarının Xocalıda törətdikləri soyqırımı aktı barədə məlumat verərək, bu hadisəni insanlığa sığmayan, bəşər tarixində analoqu olmayan bir faciə kimi xarakterizə edib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB