Siyavuş Novruzov: “Söylədiyim bütün fikirlər faktlar əsasında demişəm”

Siyavuş Novruzov: “Söylədiyim bütün fikirlər faktlar əsasında demişəm”

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və Müsavat Partiyasının funksioneri Hikmət Hacızadə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi, millət vəkili Siyavuş Novruzovun ABŞ Dövlət Departametinin yaydığı qərəzli hesabatına qarşı irəli sürdüyü tənqidi fikirləri Rusiya saytlarından götürdüyünü iddia ediblər. Bununla bağlı SİA-ya açıqlama verən YAP rəsmisi qeyd edib ki, onlar amerikalıdan artıq amerikalı olublar: "Belə bir misal var, deyir bunlar Roma Papasından artıq kotolik olublar. İndi də amerikalıdan artıq amerikalı olublar. Bunlar hələ öz qərargahlarından, necə deyərlər, Biləcərindən o yana keçə bilmədikləri üçün dünyada baş verən prosesləri bilmirlər".

Siyavuş Novruzov bildirib ki, radikal müxalifət təmsilçilərinin iddiaları əsassızdır: "Mən eyni zamanda NATO Parlament Assambleyasının üzvüyəm. Asambleyanın hər məruzəsində Əfqanıstanda baş verən hadisələrlə və digər məsələlərlə bağlı müzakirələr olur. Parlamentdə vaxt azlığından deyə bilmədiyim fikrimi bu gün demək istəyirəm. Azərbaycan ordusunda əsgər ölümü ilə bağlı bir sıra məsələlər ortaya atılır. Amma Əfqanıstanda elə gün olur ki, 20 amerikalı əsgəri intihar edir. İntihar edən amerikalı əsgərlər 18 yaşında deyil. Onlar müqavilə əsasında xidmət edən 30-35 yaş arasında olan insanlardır. Həmin əsgərlər arasında cinayət tərədərək həbs olunanlar da var".

Siyavuş Novruzov Əfqanıstanda narkotik dövriyyəsinin artdığına da münasibətini bildirib. O, qeyd edib ki, bəzi media təmsilçiləri fkirləri yanlış anlayıblar: "Yəni qanunsuz narkotik ticarəti 65 faiz deyil, 40 dəfə artıb. Bunu belə əlaqələndirmək olar ki, Amerika ordusu ora daxil olandan sonra bu hallar çoxalıb. Hətta məruzə də edirlər ki, biz bunun qarşısını ala bilmirik. Bunun üçün Əfqüanıstanda xüsusi zavodlar tikilsin ki, həmin narkotik maddələr dərman perparatları şəkilində istehsal olunsun".

YAP rəsmisi radikal düşərgə təmsilçilərinin bütün məsələlərdən xəbərsiz olduğunu da deyib və bildirib ki, qışqırıb-bağıraraq nəyisə həll etmək olmaz: "Müxalifət dünyagörüşünə görə 90-cı illərin səviyyəsindən yuxarı qalxa bilməyib. Meydanda üç dəfə qışqırıb, beş dəfə bağırmaqla elə bilirlər ki, dünya onların düşündüyü kimidir. Söylədiyim bütün fikirləri faktlar əsasında dediyim üçün Amerika tərəfi buna heç bir reaksiya verə bilməz".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə