Millət vəkili: "Mehriban xanım Əliyevanın 2014-cü ilin ən nüfuzlu qadını seçilməsi obyektiv qərardır" AÇIQLAMA
"Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın 2014-cü ilin ən nüfuzlu qadını seçilməsi obyektiv qərardır". Bu sözləri SİA-ya millət vəkili Gövhər Baxşəliyeva Fransanın Ərəb Mədəni İrsi Mərkəzi və Misirin "Nefertiti Media Productions" şirkəti tərəfindən keçirilən sorğuya əsasən Azərbaycanın birinci xanımı, Mehriban xanım Əliyevanın 2014-cü ilin ən nüfuzlu qadını adına layiq görülməsi ilə bağlı danışarkən deyib.
O bildirib ki, 2003-cü ildən bu günə qədər Mehriban xanım Əliyeva çox geniş fəaliyyətlə məşğuldur.
Onun sözlərinə görə, Mehriban xanım Əliyeva təkcə birinci xanımı kimi deyil, həm də ölkədə bütün sahələrlə bağlı bir çox işlər görüb: "Mehriban xanım Əliyevanın təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrlə əlaqədar gördüyü işlərin misli yoxdur. Ölkənin birinci xanımı gördüyü işlərlə yanaşı, həm də bir vətəndaş olaraq vətənpərvər xanımdır. O Azərbaycanı ölkədən kənarda yüksək səviyyədə təmsil edir. Düşünürəm ki, onun gördüyü işlərin, göstərdiyi xidmətlərin ölkədən kənarda qiymətləndirilməsi ölkəmizin dünya ölkələri arasındakı nüfuzundan xəbər verir".
Millət vəkili vurğulayıb ki, Mehriban xanım Əliyevanın 2014-cü ilin ən nüfuzlu qadını seçilməsi onun fəaliyyətinin geniş olması ilə bağlıdır: "Ölkənin birinci xanımı həm də geniş ictimai siyasi fəaliyyətlə məşğuldur. Mehriban xanım Əliyevanın 2014-cü ilin ən nüfuzlu qadını seçilməsi həm də UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətindəki xüsusi xidmətlərinə görə ən layiqli cavabdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB