"Ukraynadakı proseslərin mürəkkəbləşməsi fonunda bir aydınlaşma da hiss olunmaqdadır. Əgər indiyədək Rusiya ordu qüvvələri vasitəsilə Krımda ajiotaj yaradırdısa, indi Rusiya vəziyyətin sakitləşməsinə çalışır". Bunu SİA-ya politoloq Qabil Hüseyinli Ukraynadakı vəziyyəti şərh edərkən deyib.
Politoloq hesab edir ki, dünyanın sivilləşdiyi bir zamanda müstəqil bir dövlətin ərazisini işğal etmək barbarlıqdır: "Bu gün Rusiyanın özündə də Vladimir Putinin siyasətinə qarşı ciddi etiraz dalğası hiss edilməkdədir. Bir sözlə Rusiya sözün həqiqi mənasında dünyadan təcrid olunmağa doğru gedir. Bunun nəticəsidir ki, Soçidə keçiriləcək böyük səkkizlərin zirvə toplantısı təxirə salındı. Yəqin ki, Rusiya səkkizlərin sırasından çıxarılacaq. Hazırda Rusiyanın valyuta bazarında ciddi dalğalanmalar var və ayrı-ayrı şirkətlərin səhmləri dəyərdən düşür. Həmçinin Rusiyada ciddi infilyasiya müşahidə edilir. Sanksiyalar tətbiq edilməyə başladıqdan sonra Rusiyanın maliyyə bazrında ciddi böhran yaranacaq".
Politoloq bildirib ki,Rusiya müharibəyə başlayarasa, Ukrayna ordusu tərəfindən Krımdan vurulub çıxarılacaq: "ABŞ başda olmaqla Qərb bu məsələdə Ukraynaya hərtərəfli yardım göstərəcək. Hesab edirəm ki, Rusiya Ukraynaya təcavüz etməklə ciddi səhvə yol verib. Rusiya prezidenti keçirdiyi mətbuat konfransında etiklərinə haqq qazandırmağa çalışsa da dünya onunla razı deyil. Rusiyanın Ukraynaya soxulması ona baha başa gələcək. Hətta bu proses Vladimir Putinin siyasi kariyeriyasının sonu ola bilər".
Ukraynada baş verən hadisələrin regiona təsirindən danışan Q.Hüseyinli hesab edir ki, bu proses Rusiyanın parçalanmasına gətirə bilər: "Bu vəziyyətdən istifadə edən çeçen müqavimət hərəkatı güclənəcək. Dağıstanın özündə anti-rus meyilli qüvvələrin Rusiya əleyhinə mübarizəyə başlayacağı şübhə doğurmur. Bundan başqa Tatarıstanda da bir hərəkətlənmə müşahidə olunur. Ümümiyyətlə Rusiyanın ölkə daxili vəziyyəti ağır olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB