ATƏT-in amerikalı həmsədri İsveçdə Qarabağdan danışıb

ATƏT-in amerikalı həmsədri İsveçdə Qarabağdan danışıb

ATƏT-in Minsk qrupunun Amerikalı həmsədri Ceyms Uorlik İsveç parlamentinin xarici işlər komitəsinin üzvlərinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib. SİA bu barədə həmsədrin öz "Twitter" səhifəsində yazdıqlarına əsasən xəbər verir.

O qeyd edib ki, münaqişənin sülh yolu ilə həll olunmasında böyük maraq var: "İsveç parlamentinin Xarici işlər komitəsinin üzvlərini Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırdım. Sülhün əldə olunmasında böyük maraq var".

Bütün xəbərlər Facebook səhifəmizdə