"Ölkəmizdə insan hüquqlarının qorunması nümunəvi səviyyədədir" Münasibət

"Ölkəmizdə insan hüquqlarının qorunması nümunəvi səviyyədədir" Münasibət

"Hesab edirəm ki, belə bir hesabatın hazırlanması real fakt və materiallara deyil, saxta mülahizələrə əsaslanır. Mövcud hesabatda müəyyən siyasi məqsədlər güdülür". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı ABŞ Dövlət Departamentinin yaydığı hesabata münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, həmin məqsədlərin nədən ibarət olduğu da hər kəsə məlumdur: "Azərbaycanda insan hüquqları dövlət tərəfindən kifayət qədər qorunur. Eyni zamanda ölkəmizdə insan hüquqlarının qorunması bir çox dövlətlərə nümunə ola biləcək səviyyədədir".

O həmçinin qeyd edib ki, Azərbaycanı gözü götürməyən qüvvəllər ancaq belə metodlarla ölkəmizə təzyiq göstərmək istəyirlər: "Artıq Azərbaycan öz sözünü deyə bilən, kifayət qədər nüfuza, gücə malik dövlətdir. Bu cür hesabatlarla bizi inkişaf yolumuzdan döndərə bilməzlər. Onlar bilməlidirlər ki, Azərbaycanda bütün hüquq və azadlıqlar qorunur. Hesabat hazırlayanda birtərəfli qaydada deyil, hərtərəfli araşdırma aparmaq lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə