Sergey Qlazyov: “Rusiya “$”- dan imtina edir!”

Rusiyanın “KM.RU” saytı: “Rusiya dövlət başçısının baş məsləhətçisi xarici sanksiyalara qarşı görzlənilməz mübarizə üsulu tətbiq edib”
Sergey Qlazyov: “Rusiya “$”- dan imtina edir!”

"Rusiya dövlət başçısının baş məsləhətçisi xarici sanksiyalara qarşı gözlənilməz mübarizə üsulu tətbiq edib". Bu haqda SİA Rusiyanın "KM.RU" saytına istinadən xəbər verir. Məlumata əsasən, Vladimir Putinin ötən günkü mətbuat konfransından sonra Rusiya prezidentinin baş məsləhətçisi Sergey Qlazyovun verdiyi bəyanat siyasi aləmdə ciddi rezonansa səbəb olub. Belə ki, Sergey Qlazyov Qərbin, o cümlədən ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalara cavab olaraq dollardan imtina etməyi məqsədəuyğun hesab edib: "Biz məcburiyyət qarşısında qalaraq, dollardan imtina edib, digər valyuta məzənnələrinə müraciət edirik. Bizim Şərqdə və Cənubda iqtisadi-ticarət əlaqələrimiz olduqca güclüdür və biz əminik ki, bu sistemin tətbiqi ilə nəinki ABŞ-ın maliyyə asılılğından azad olacaq, eyni zamanda bu sanksiyalardan böyük xeyir qazanacağıq".

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə