Ermənistanın “Epress.am” saytı: “Rusiyada bir qrup erməni həbs edilib”
"Rusiyada bir qrup erməni həbs edilib". Bu haqda Ermənistanın "Epress.am" saytı xəbər verir. Məlumata əsasən, bir qrup erməni Rusiyada səfirlik qarşısında rəsmi Moskvanın Krıma qoşun yeritməsinə qarşı etiraz aksiyası keçirib. Etirazçı ermənilər polislər tərəfindən saxlanılıb. Saxlanılanlardan Tiqran Parsilyan, Lala Aslikyan, Eduard Mkrtçyan və digərləri polislərə müqavimət göstərib. Aksiyada 40-dan artıq erməni iştirak edib.
Erməni saytının verdiyi məlumata görə, aksiyada eyni zamanda "Naslediye" partiyasının nümayəndəsi və "Yerevan Ağsaqqallar Şurası"nın üzvü Stepan Safaryan da aksiyaya müdaxilə edərək, polisləri aksiyaçılara qarşı zor tətbiq etməkdə günahlandırıb. Stepan Safaryan polislər tərəfindən saxlanılan aksiya iştirakçıları ilə bağlı öz narazılığını bildirib: "Hər kəsin etiraz aksiyasında iştirakı təmin olunmalıdır. Mən saxlanılan aksiyaçıları əslində polislər tərəfindən oğurlanmış hesab edirəm".
Xatırladaq ki, erməni etirazçılar Sarkisyan rejimini də Rusiyanın mövqeyini dəstəklədiyinə görə ittihm ediblər.
Ülkər Musazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB