Elman Məmmədov: “Azərbaycanda heç bir ekstremist dini təriqətin gücü, potensialı yoxdur, olmayacaq da”
"Azərbaycan müstəqillik qazanandan sonra ölkəmizdə irqindən, dinindən asılı olmayaraq kimsə təqib olunmayıb. Ölkəmizdə bütün dinlərə hörmət var. Bunu ölkəmizdəki kilsələrin, sineqoqların olması da sübut edir, xarici qonaqlar da hər dəfə bura gələndə bu hörməti görüb alqışlayırlar. Ancaq söhbət xarici dairələrin Azərbaycanda dini zəmində çaxnaşma yaratmaq istəyindən gedirsə, deməli, burada dini təriqətlərdən, qruplaşmalardan danışmaq lazımdır. Başqa dinlərdə olduğu kimi, İslamda da kimlərinsə, hansısa xarici düşmənlərin mənafeyinə xidmət edən bəzi təriqətlər yaradıblar. Lakin bu cür təxribat törətmək istəyən ekstremist təriqətlərin heç birinin ölkəmizdə gücü və potensialı yoxdur, heç olmayacaq da!"
Bəzi xarici dairələrin din pərdəsi altında ölkəmizdə qarşırdurma yaratmaq cəhdlərinə münasibət bildirən millət vəkili Elman Məmmədov bu fikirləri SİA-ya açıqlamasında bildirib.
Azərbaycan cəmiyyətində müəyyən iğtişaşlar yaratmaq üçün xaricdə və daxildə bəzi qüvvələrin fəaliyyət göstərdiyini deyən millət vəkili onu da qeyd edib ki, bu tip təriqətlərə xidmət edənlər muzdlulardır: "Onlar maddi maraqlar naminə nəyəsə nail olmaq istəyirlər. Ancaq bunu hamı bilir ki, Azərbaycanda vicdan, din azadlığı olmaqla bərabər, həm də təhlükəsizliyimizə xidmət edən kifayət qədər qanunlarımız var. Əgər hansısa təriqət tərəfindən təxribatçı addım atılsa, vaxtında və lazımı səviyyədə qarşısı alınacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB