YAP-ın Elm və təhsil komissiyasının ilk iclası keçirilib YENİLƏNİB
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Qərargahında Elm və təhsil komissiyasının ilk iclası keçirilir. SİA-nın məlumatına görə, komissiyanın sədri Abel Məhərrəmov iclası açıq elan edərək komissiyanın fəaliyyəti və 2014-cü il üçün iş planı haqqında ətraflı məlumat verib.
A.Məhərrəmov deyib ki, YAP İdarə Heyətinin qərarı ilə bir çox sahələri əhatə edən 12 komissiya yaradılıb: "Onlardan biri də Elm və təhsil komissiyasıdır. Hesab edirəm ki, gənclərin, ziyalıların gücündən və savadından istifadə edərək elmi daha da inkişaf etdirməliyik. Bu mənada düşünürəm ki, cənab Prezident İlham Əliyevin elmin, təhsilin inkişaf etdirilməsi ilə bağlı verdiyi bütün sərəncamlara ciddi əhəmiyyət verilməlidir. Elm və təhsil elə ağır və geniş sahədir ki, onu inkişaf etdirmək üçün bütün intellektual insanlar öz potensialını yönəltməsələr, burada uğur əldə etmək çox çətin olar".
Sonra elm və təhsil komissiyasına sədr müavini və elmi katib seçilib. Səsvermə nəticəsində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibəyli komissiyanın sədr müavini, professor İsmayıl Əliyev komissiyanın elmi katib seçilib.
Daha sonra komissiya üzvləri komissiyanın iş planı ətrafında müzakirələr aparıb, təhsil sahəsində mövcud problemlərdən və onların həlli yollarından danışıblar.
Qeyd edək ki, iclasda həmçinin Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, YAP Siyasi Şurasının üzvü Şahlar Əsgərov, ADPU-nun rektoru, əməkdar elm xadimi Yusf Məmmədov və digərləri iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB