Əflan İbrahimov: “Əli Kərimli partlayışdan öz xeyrinə şou düzəldir”

Əflan İbrahimov: “Əli Kərimli partlayışdan öz xeyrinə şou düzəldir”

"Əli Kərimli əvvəlcə deyir ki, partlayış AXCP qərargahında yox, qərargahın zirzəmisindəki bərbərxanada baş verib. Sonra da deyir ki, partlayış AXCP-yə qarşı təxribatdır. Adama sual verərlər ki, partlayış əgər qərargahda baş verməyibsə, bu necə AXCP-yə qarşı tərxribat ola bilər? O, baş vermiş hadisədən şou düzəltmək istəyir".

AXCP qərargahının yerləşdiyi binada baş verən partlayışla bağlı müxalifətin səsləndirdiyi iddialara münasibət bildirən "EL" Hərəkatı Partiyasının sədri Əflan İbrahimov bu fikirləri SİA-ya açıqlamasında bildirib.

O qeyd edib ki, AXCP-yə həmişə bir bəhanə lazım olub ki, səslərini başlarına atıb xırda bir hadisədən şou düzəltsinlər: "İnanın ki, onlar elə anti-milli şəxslərdir ki, ölkədə hər hansı bir bədbəxt hadisə baş versə, ondan da öz xeyirlərinə istifadə edəcəklər. Ölkəsinin, dövlətinin maraqlarını yadlara satan şəxslərdən başqa nə gözləmək olar ki? AXCP qərargahının yerləşdiyi binada tək cəbhəçilər olmur axı, orada başqa ofislər də var. Kim istəyər ki, hansısa pis bir olay baş versin? Partlayış olub, bunu araşdırmaq da hüquq-mühafizə orqanlarının işidir. Hadisəni başqa səmtə yönəltmək düzgün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə