Ümumrespublika Dil və Mədəniyyət Festivalının yekun proqramı keçirilib YENİLƏNİB-FOTO

Ümumrespublika Dil və Mədəniyyət Festivalının yekun proqramı keçirilib YENİLƏNİB-FOTO

Bu gün Heydər Əliyev Sarayında yeniyetmə və gənclərin Ümumrespublika Dil və Mədəniyyət Festivalının yekun proqramına həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan təhsil naziri Mikayıl Cabbarov, Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, millət vəkilləri, media nümayəndələri iştirak ediblər.

Mərasimə Ümummilli lider Heydər Əliyevin və vətən uğrunda şəhid olan insanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması, eləcə də Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin dövlət himnlərinin səslənməsi ilə start verilib.

Daha sonra festivala həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.

Əvvəlcə səhnəyə Aslan Əzimzadə dəvət olunub. O, "Küçələr su səpmişəm" ifası ilə qonaqların könlünü oxşayıb.

Sonra məktəblilərdən ibarət "Azərbaycan qartalları"nın rəqs qrupuna tamaşa edilib.

Daha sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Mükafatı qaliblərə AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov təqdim edib.

Mərasimdə çıxış edən Nizami Cəfərov bildirib ki, türkcəni biz dünyaya mədəniyyət, dialoq vasitəsi kimi çıxarırıq: "Dildən güclü mənəvi dəyər yoxdur. Sevindirici haldır ki, türkcəni dünyaya nə filosof, nə də ki alim çatdırmır. Bu dili dünyaya məhz yeniyetmə məktəblilər və gənclər çatdırırlar. Bu, tək bizim sevincimiz deyil, millətimizin, məktəblilərin sevincidir".

Konsertə bədii hissə ilə yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə