Elçin Mirzəbəyli: “Bu, Rusiyanın daxilində ciddi çaxnaşmalara səbəb ola bilər” AÇIQLAMA
"Rusiya dövlətinin Ukraynaya qarşı müharibə aparacağına inanmıram və bunu gözləmirəm də!" Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli Ukraynada baş verən hadisələrə münasibət bildirərkən deyib.
"Rusiya iqtisadiyyatı elə bir gücə malik deyil ki, belə bir müharibəyə davam gətirsin. Rəsmi Moskva o potensialı daşımaq gücündə deyil. Rusiya indiki şəraitdə bu addımları atmaqla özünü acınacaqlı duruma salıb. Hesab edirəm ki, rəsmi Moskva bir müddət güc nümayiş etdirmək və vaxt qazanmaq üçün müəyyən manevrlər etməyə çalışacaq. Əks təqdirdə Rusiya müharibə variantına əl atacaqsa, bu, rəsmi Moskvanın daxilində ciddi çaxnaşmalara səbəb ola bilər.Təbii ki, dünyada baş verən hər bir hadisənin bütövlükdə regiona təsiri var" – deyə, E. Mirzəbəyli fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB