Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttini keçərkən saxlanılan Ermənistan vətəndaşı Xocayan Mamika Tiqranoviç bu gün saat 14:00 radələrində ölkəsinə təhvil verilib. SİA-nın xəbərinə görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov məlumat verib.
O vurğulayıb ki, Xocayan Mamika Tiqranoviç Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) köməkliyi ilə Ermənistan tərəfinə verilib.
Qeyd edək ki, yanvarın 28-də mülki şəxs Xocayan Mamika Tiqranoviç Tovuzun Əlibəyli kəndində çayı keçərkən saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB