Millət vəkili: “Rusiya Krımda yeni Qarabağ yaratmaq cəhdi ilə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur”

Millət vəkili: “Rusiya Krımda yeni Qarabağ yaratmaq cəhdi ilə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur”

"Azərbaycanla Ukrayna dost ölkələrdir. Ona görə də Ukraynanın avrointeqrasiya seçimini dəstəkləyirik". Bu fikirləri Demokratik İslahatlar Partiyasının sədri (DİP), millət vəkili Asim Mollazadə Ukraynada gedən siyasi proseslərdən danışarkən deyib.

Millət vəkili bildirib ki, Rusiya Krımda yeni Qarabağ yaratmaq cəhdi ilə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur: "Hesab edirəm ki, beynəlxalq ictimaiyyət Rusiyanın bu addımına öz etirazını bildirməlidir. MDB məkanında qalan həll edilməmiş problemlər bu ölkələrin inkişafının qarşısının alınmasından ibarətdir. Biz beynəlxalq təşkilatları və böyük dövlətləri hər bir ölkənin müstəqil seçiminə hörmətlə yanaşmağa çağırırıq. Təəssüf edirik ki, Azərbaycanla müttəfiq olan Ukraynada belə bir qarışıqlıq yaradılıb və onun ərazi bütövlüyü şübhə altına alınır".

Bütün xəbərlər Facebook səhifəmizdə