Musa Qasımlı: “Bütün bunlar bizim tariximizdə indiyədək heç bir zaman olmayıb” AÇIQLAMA
"Bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində tək paytaxt Bakı və ölkəmizin iri şəhərləri deyil, eləcə də bütün regionlarımız inkişaf edir. Yollar çəkilir, ən ucqar dağ kəndlərinə qaz verilir, hər bir regionda infrastruktura yaradılır və s. Təbii ki, bütün bunlar bizim tariximizdə indiyədək heç bir zaman olmayıb". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı deyib.
Millət vəkilinin sözlərinə görə, dövlət başçısı İlham Əliyevin hakimiyyətdə olduğu son 10 il, tariximizə qızıl 10 il kimi daxil olub: "Bütün bunların fonunda mənim deputat seçildiyim Sumqayıt şəhərində sənaye müəssisələrinin tikilməsi, yeni iş yerlərinin açılması və abadlıq işlərinin aparılması müstəsna əhəmiyyətə malikdir. Ölkədə yürüdülən siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşının bu gün dünənkindən, sabah isə bu günkündən daha yaxşı yaşamasıdır. Təbii ki, bu işlərin hamısı ölkə vətəndaşlarının rifahı üçün edilir. Bir sözlə, vətəndaş yaxşı yaşasın və dövlət güclü olsun. Bu mənada mən Azərbaycanın gələcəyinə inanıram. Hesab edirəm ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bu siyasət davam etdirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB