“Ukraynadakı hadisələr Putinin ssenarisinə uymayacaq” AÇIQLAMA

“Ukraynadakı hadisələr Putinin ssenarisinə uymayacaq” AÇIQLAMA

"Ukraynada baş verən hadisələr yalnız ölkə daxilində cərəyan edir. Bu mənada hesab edirəm ki, həmin hadisələrin ölkəmizə təsir imkanları yox dərəcəsindədir". Bunu SİA-ya politoloq Qabil Hüseynli Ukraynadakı məlum hadisələrə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, burada Ukraynanın Qərbə inteqrasiyası və yeni hakimiyyət məsələsi var: "Bununla belə Rusiyanın Ukraynadan torpaq iddiaları məsələsi də gündəmdədir. Belə olan təqdirdə həmin hadisələrin ölkəmizə təsir imkanlarını söyləmək mümkün deyil. Çünki, Azərbaycanla Ukrayna fərqli inkişaf səviyyələrinə malikdir. Ukraynada baş verən hadisələr bundan sonra da davam edəcək. Çünki bu hadisələr hələ pik nöqtəsinə çatmayıb. Amma istənilən halda məlum hadisələr Rusiya prezidenti Vladimir Putinin ssenarinə uymayacaq. Hesab edirəm ki, burada tamamilə fərqli proses baş verəcək. Yəni Ukraynanın ərazi bütövlüyü, seçdiyi yol, dünya ictimai rəyi tərəfindən müdafiə olunacaq və qorunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə