Mais Səfərli: “AXCP-nin şou düzəltməsi yolverilməzdir”

Mais Səfərli: “AXCP-nin şou düzəltməsi yolverilməzdir”

"Hüquq mühafizə orqanlarının araşdırmasından sonra hadisənin baş vermə səbəbləri məlum olacaq". Bu fikirləri SİA-ya açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli AXCP-nin qərargahının yerləşdiyi binanın zirzəmisində baş verən məişət partlayışının cəbhəçilər tərəfindən şişirdilərək, sözügedən hadisəni siyasiləşdirmələrinə münasibətini açıqlayarkən dedi.

"Öncədən hay-küy salmaq, öz fikirlərini cəmiyyətə təqdim etmək siyasi etikaya uyğun deyil" - deyə vurğulayan partiya sədri eyni zamanda bildirdi ki, hər halda araşdırılandan sonra məsələdən cəmiyyətin xəbəri olacaq: "Bunun ətrafında şou düzənləmək, siyasi bir məsələyə çevirmək yolverilməzdir və buna ehtiyac da yoxdur".

Xatırladaq ki, məlum hadisədən sonra AXCP rəhbərliyində təmsil olunan bir sıra şəxslər bunu öz siyasi dividentlərinə yazmağa cəhd ediblər. Lakin əksər siyasilər onların bu kimi iddialarını şou adlandırıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə