İlqar Altay: “Müxalifət xaricdən gələ biləcək yeni şəraitin xəyalını qurur”

İlqar Altay: “Müxalifət xaricdən gələ biləcək yeni şəraitin xəyalını qurur”

"Özündə güc tapıb öz ölkəsində ictimai dönüş yarada bilməyən müxalifət həmişə uzaqlardan, xaricdən gələ biləcək yeni şərait barədə xəyal qurur". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Altay Ukraynadakı hadisələrin Türkiyədə təkrarlanması və bu vəziyyətin ölkəmizdə də vüsət alacağı ilə bağlı müxalifət ekspertlətinin iddialarına cavab verərəkən deyib.

Ekspertin fikrincə, dərin siyasi analiz edə bilən hər kəs bilir ki, bu gün Ukrayna ətrafında baş verənlər özünəməxsus tarixi və siyasi mənşəyə, xarakterə malikdir: "Azərbaycanda baş verən ictimai-siyasi proseslər Ukrayna, Türkiyə kimi ölkələrə sirayət edə bilmədiyi kimi, başqa ölkələrdən də bizim ölkəyə hansısa hadisələrin "skayn" edilib köçürülməsi mümkünsüzdür. Çünki, hər bir ölkə özəl xüsusiyyətləri ilə bir-birindən fərqlənir".

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə