Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, görüş zamanı icraçı direktor Devid Harris ölkəmizə son səfərindən ötən dövr ərzində Azərbaycanın çox böyük nailiyyətlər əldə etməsini məmnunluqla vurğulayıb.
Söhbət zamanı Amerika Yəhudi Komitəsinin üzvləri ilə müntəzəm görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd edilib, bu görüşlərin Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları və Azərbaycan ilə İsrail arasında əlaqələrin inkişafına töhfə verdiyi bildirilib.
Görüşdə, həmçinin Azərbaycan ilə Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB