Tahir Kərimli: “AXCP-nin “təxribat” iddiaları şayiə və reklamdır”

Tahir Kərimli: “AXCP-nin “təxribat” iddiaları şayiə və reklamdır”

"Kiminsə işi-gücü qutarıb ki, AXCP-nin qərargahını partlatsın? Belə ucuz düşüncəyə sahib olmaq gülüncdür". Bu fikirləri SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli adi məişət partlayışını siyasiləşdirərək, bunu özlərinə qarşı "təxribat" adlandıran AXCP təmsilçilərinin iddialarına münasibətini bildirərkən deyib.

"Hər hansı bir məişət partlayışını təxribat adlandırmaq ucuz iddiadır"- deyə, qeyd edən Tahir Kərimli onu da bildirib ki, hadisə ilə bağlı söylənilənlər nə məntiqə, nə də qanuna sığmayan informasiyadır: "Fikrimcə, bu şayiədir və reklama hesablanıb. Hadisənin hansı zəmində baş verməsi ilə bağlı araşdırmalar aparılır. Hesab edirəm ki, yaxın günlərdə məsələ dəqiqliyi ilə araşdırılacaq, səbəbkarlar cəzasını alacaq".

Xatırladaq ki, ötən gün AXCP-nin qərargahının yerləşdiyi binanın zirzəmisində ehtimal olunan qaz sızıntısı nəticəsində partlayış olub. Partiya rəsmiləri isə bu məsələni siyasi şouya çevirərək, ictimai rəyi çaşdırmağa cəhd edirlər.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə