Məlahət İbrahimqızı: “Müxalifət həmişə qarayaxma ilə məşğul olub”

Məlahət İbrahimqızı: “Müxalifət həmişə qarayaxma ilə məşğul olub”

"AXCP-nin qərargahının zirzəmisindəki partlayışın hakimiyyətlə nə əlaqəsi var? Müxalifət funksionerləri deyirlər ki, guya bu iqtidarın onlara qarşı təxribatıdır. Onlar bu cür şantaj, təxribat, şər-böhtan dolu fikirlərdən, onsuzda əl çəkmirlər. Camaatın işi-gücü var, AXCP heç kimin yadına düşmür. Müxalifət həmişə qarayaxma ilə məşğuldur". Bu fikirləri SİA-ya açıqlamasında YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirib.

Müxalifətin adi bir hadisəni belə hay-küylə qaşıladığını, dərhal başqalarına şər atdığını deyən M. İbrahimqızı qeyd edib ki, insan hansısa bir iddia irəli sürəndə gərək yüz ölçüb, bir biçsin: "Yoxsa gözünü yumub yalnız qarayaxmalarla məşğul olmaq insana yaraşmaz. Biz onların mövqeyinə bələdik, amma onların hər gün bu cür əsassız ittihamlarla çıxış etmələrini başa düşə bilmirəm. Əgər AXCP-nin zirzəmisindəki bərbərxanada partlayış olubsa, hüquq-müdafiə orqanları bunu araşdırıb, yekun sözü deyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə