Elman Nəsirli: “Ukraynadakı hadisələrin Azərbaycana yansıması mümkünsüzdür”
"Hesab edirəm ki, Ukrayna və Türkiyədəki hadisələrin Azərbaycanla əlaqələndirilməsi yanlışdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli Ukraynadakı hadisələrin Türkiyədə təkrarlanması ilə bu vəziyyətin ölkəmizdə də vüsət alacağı ilə bağlı müxalifət ekspertlətinin iddialarına cavab verərəkən deyib.
Onun sözlərinə görə, Ukraynadakı hadisələrlə Türkiyədəki hadisələrin eyniləşdirilməsi və bunun xüsusilə də Azərbaycanla paralelləşdirilməsi düzgün yanaşma deyil: "Ukraynada baş verən hadisələrin özünəməxsus səbəbləri var və Ukraynanın bu gün yaşadıqlarını Azərbaycan 90-cı illərin əvvələrində artıq yaşayıb. Azərbaycanda o zaman dövlət çevrilişi də olub, dövlət çevrilişinə cəhdlər də olub. 1995-ci ildə dəfələrlə Heydər Əliyevə qarşı sui-qəsd hadisələri olub. Lakin Azərbaycan bütün bu hadisələri arxada qoydu və Azərbaycan bu gün dinamik inkişaf edən ölkədir".
"Bu gün dünya ölkələri Azərbaycan təcrübəsini öyrənir. Bu gün inkişafda Azərbaycan modeli formalaşıb" -deyə, qeyd edən politoloq deyib ki, Davos Forumu özü Azərbaycandakı inkişafı yüksək qiymətləndirib.
Elman Nəsirli eyni zamanda bildirib ki, Ukraynada hazırda iqtisadi, sosial, siyasi böhran var: "Ukrayna prezidenti Viktor Yanukoviçin yürütdüyü siyasət xalqın maraq və mənafeyinə xidmət göstərmirdi. İlk əvvəl Avropa İttifaqının assosiativ sazişini imzalaması haqqında öhdəlik götürdü, daha sonra Rusiya ilə qarşı-qarşıya gələn zaman bütün bu öhdəliklərdən imtina etdi. Beləliklə, ölkədə böhranın yaranmasını təmin etdi və bir növ bunun katalizatoruna çevrildi. Ukraynadakı hadisələrin Azərbaycana yansıması mümkünsüzdür. Ona görə də Türkiyədəki hadisələrlə Ukraynadakı hadisələr tamam fərqli-fərqli məsələlərlə bağlıdır. Onu da qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti balanslaşdırılmış siyasət aparır. Hətta Avropa İttifaqı ilə əməkdaşlıqda inqilabi yola deyil, məhz təkamül yoluna üstünlük verir. Bu gün Ukraynadakı yeni hakimiyyət məhz Azərbaycanın siyasi inkişaf modelini və sabitlik proqramını öyrənir".
Ülkər Musazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB