"Rəsul Quliyevin siyasətdə olub-olmadığı ümumiyyətlə, bilinmir. Onun dedikləri absurddur". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Almaz Əliqızı bildirib.
Rəsul Quliyevin İsa Qəmbəri və Əli Kərimlini istefaya çağırmasına münasibət bildirən Almaz Əliqızı deyib ki, vaxtı çatanda Müsavat başqanı da, başqa müxalifət partiya sədrləri də kənara çəkiləcək: "Amma indi müxalifətdə elə bir lider yetişməyib ki, onları, xüsusilə, İsa Qəmbəri əvəz etsin. Rəsul Quliyevin xaricdə oturub çağırış etməsi ilə deyil ki. Onun dedikləri insanda gülüncdür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB