Gülağa Aslanlı: "Rəsul Quliyev siyasətdən çox uzaq birisidir"

Gülağa Aslanlı: "Rəsul Quliyev siyasətdən çox uzaq birisidir"

"Rəsul Quliyev gündəmdə qalmaq üçün mövzular axtarır. O, bir müddət susur və görür ki, onunla heç kim maraqlanmır. Başlayır yenidən ağlına gələni danışmağa". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Rəsul Quliyevin ölkənin müxalifət partiyaları rəhbərlərinin postlarını tərk etməyin vaxtı çatdığını bildirməsinə münasibətində söyləyib.

Gülağa Aslanlı Rəsul Quliyevin siyasətdən başının çıxmadığını da qeyd edib: "Bu insanın siyasətdən ümumiyyətlə anlayışı yoxdur. O, siyasətdən çox uzaqdır. Hər zaman hansısa açıqlama verdikdə Rəsul Quliyevə elə gəlir ki, sensasiyon açıqlama verib. Lakin reallıqda isə onun dediyi sözlərin, söylədiyi fikirlərin heç bir anlamı, mənası yoxdur".

Qeyd edək ki, bir neçə gün öncə Rəsul Quliyev bildirib ki, ölkənin müxalifət partiyaları rəhbərlərinin postlarını tərk etməyin vaxtı çatıb. Səbəb kimi isə onların düzgün iş görə bilməməsini göstərib.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə