Eks-spiker Rəsul Quliyev növbəti dəfə ənənəvi düşərgəni sərt şəkildə həfədə alıb. Bu dəfə o, daha çox Müsavat Partiyasını bolşevizimdə, sisoal-demokratlıqda və qatı millətçilikdə suçlayıb. SİA-nın məlumatına görə, eks-spikerin ittihamlarına cavabı Müsavat Partiyası Divanının üzvü Tural Abbaslı verib. Abbaslının fikrincə, Rəsul Quliyev qeyri-ciddi adamdılr və onun sözlrinin əhəmiyyəti itib: "O, müxalif siyasətçi kimi artıq çoxdan yaddan çıxıb".
Rəsul Quliyevin hər cür cəfəng, məntiqsiz iddialar, fikirlər səsləndirməkdən çəkinmədiyini hesab edən Müsavat rəsmisi onu da qeyd edib ki, məhz bubu yaxşı bilən eks-spiker istənilən məntiqsizliyə, oyunbazlığa gedir ki, siyasi arenada unudulmasın: "Rəsul Quliyev artıq özü haqqında qeyri-ciddi adam imicini də formalaşdırır. Görün, bu adam nə qədər qeyri-ciddiliyə yuvarlanıb ki, Müsavat Partiyası kimi partiyanın tarixinə belə ləkə yaxmaqdan çəkinmir".
Divan üzvü Rəsul Quliyevin bugünə qədər yaratdığı partiyaların çayxana səviyyəsində olduğunu da dilə gətirib: "Müsavat Partiyası onun indiyə qədər yaratdığı cılız təşkilatlarından fərqli olaraq böyük təşkilatdır, Rəsul Quliyevin yaratdığı təşkilatlar kimi çayxanada, kiçik otaqlarda "qurultay" keçirəcək partiya deyil".
Qeyd edək ki, müxalifət düşərgəsində eks-spikerin son fikirlərinə qarşı ittihamlar digər partiyalar tərəfindən də irəli sürülməkdədir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB