Yadigar Məmmədli: “Günel Mövlud kimi insanlara ictimai qınaqlar davamlı olmalıdır”

Yadigar Məmmədli: “Günel Mövlud kimi insanlara ictimai qınaqlar davamlı olmalıdır”

"Günel Mövlud adətən mətbuatda qeyri-adi fikirlərlə çıxış edir. Ermənilərdən üzür istəməyi artıq heç bir çərçivəyə sığmır". Bu fikirləri SİA-ya Demokratk Jurnalistlər Liqasının prezidenti Yadigar Məmmədli Günel Mövludun ermənilərə yazdığı məktuba münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bir milyondan artıq qaçqını olan bir xalqın nümayəndəsinin ermənilərə bu cür məktub ünvanlamağı Azərbaycan qadınına yaraşmayan bir hərəkətdir: "Neçə illərdir haqq səsimizi dünyaya çatdırmaq istəyirik. Buna kömək etmək əvəzinə bu insan durub ermənilərin "dəyirmanına su tökməklə" məşğuldur. Xocalı soyqırımı ərəfəsində bu soyqırımın dünyaya tanıdılması istiqamətində dövlət və hökümət nümayəndələrinin, eyni zamanda mətbuat işçilərinin səfərbər olduğu bir ərəfədə belə bir məktub yazması onun müəyyən maraqlı dairələrə xidmət etdiyinin göstəricisidir".

Yadigar Məmmədli onu da vurğulayıb ki, o heç bir halda ermənilərdən üzr istəməli deyildi: "Çünki onların xalqımıza qarşı etdikləri amansızlıqlar, qətliamlar hələ də yaralarımızı göynədir. Düşünürəm ki, belə insanlara qarşı ictimai qınaqlar davamlı olmalıdır".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə