Gülağa Aslanlı: "Mən bunu Qurban Məmmədova yaraşdırmıram"

Gülağa Aslanlı: "Mən bunu Qurban Məmmədova yaraşdırmıram"
"Qurban Məmmədovun belə bir fikir bildirməsi mənə çox qəribə gəlir. Çünki o da 2005-c il seçkilərində "Azadlıq" blokunun namizədi idi. Onun bizim 2005-ci ildə açıqladığımız hesabatdan xəbəri var idi. İndi hansı fakta əsaslanaraq belə bir fikir söyləməsi anlaşılan deyil". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı bildirib.

Qurban Məmmədovun 2005-ci il seçkiləri ilə bağlı həbsxanadan yazdığı məktuba, orada göstərilən "İsa Qəmbərə bizim məhlədə məndən və ailəmdən başqa heç kim səs verməmişdi" fikrinə münasibət bildirən G.Aslanlı qeyd edib ki, Qurban Məmmədovun bu fikri mənə absurd gəlir: "Onun təqribən 9 ildən sonra belə bir fikri dilə gətirməsi anlaşılmazdır. Həbsxanada olub-olmamasından asılı olmayaraq belə yanlış fikirləri söyləməyi mən Qurban Məmmədova yaraşdırmıram".

Bütün xəbərlər Facebook səhifəmizdə