Prezident ölkəmizə yeni təyin olunan səfirləri qəbul edib FOTO

Prezident ölkəmizə yeni təyin olunan səfirləri qəbul edib FOTO

Prezident İlham Əliyev Birləşmiş Meksika Ştatlarının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Marta Elena Barsenanın etimadnaməsini qəbul edib. SİA-nın xəbərinə görə, Səfir xanım Marta Elena Barsena fəxri qarovul dəstəsinin qarşısından keçib.

Xanım Marta Elena Barsena etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Səfir Marta Elena Barsena ölkəsinin Azərbaycan ilə müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Mohamed Faizal Razeenin etimadnaməsini də qəbul edib.

Səfir Mohamed Faizal Razeen fəxri qarovul dəstəsinin qarşısından keçib. Mohamed Faizal Razeen etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Səfir Mohamed Faizal Razeen Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Mahinda Racapaksanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Azərbaycan ilə Şri-Lanka arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsinin önəmi vurğulanıb, əlaqələrimizin genişləndirilməsi üçün mövcud imkanların araşdırılaraq əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin zəruriliyi qeyd olunub.

Dövlətimizin başçısı Prezident Mahinda Racapaksanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Şri-Lanka dövlətinin başçısına çatdırmağı xahiş edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev eyni zamanda Benin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aniset Qabriel Kotçofanın etimadnaməsini də qəbul edib.

Səfir Aniset Qabriel Kotçofa fəxri qarovul dəstəsinin qarşısından keçib.

Aniset Qabriel Kotçofa etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Aniset Qabriel Kotçofa Benin Respublikasının Prezidenti Boni Yayinin salamlarını dövlətimizin başçısına çatdırıb. O, ölkəsinin Azərbaycan ilə qarşılıqlı tərəfdaşlıq əlaqələrinin bir sıra istiqamətlərdə, o cümlədən enerji, elm, təhsil və digər sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu deyib. Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğulayan dövlətimizin başçısı əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.

Prezident İlham Əliyev Benin Respublikasının Prezidenti Boni Yayinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Benin dövlətinin başçısına çatdırmağı xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə