Millət vəkilləri Almaniyada futbolçularla görüşüb

Millət vəkilləri Almaniyada futbolçularla görüşüb

Millət vəkilləri Almaniyada 11 -15 yaşlı futbolçularla görüşüb. SİA-nın xəbərinə görə, Berlində "Azəri" idman klubunun rəhbəri ilə görüşən millət vəkilləri Siyavuş Novruzov, Rauf Əliyev, Xanlar Fətiyev "Azəri" idman klubunun rəhbəri ilə Azərbaycan futbolunun inkişaf etdirilməsi ilə bağlı söhbət aparıblar.

Onlar hazırda Berlində fəaliyyət göstərən 11-15 yaşlı idmançılardan ibarət yığmamızın gələcəkdə Azərbaycan futboluna böyük tövhə verəcəyinə inandığını bildiriblər.

Millət vəklili Rauf Əliyev Klubun prezidenti Tofiq Ağayev və futbolçularla bu barədə müzakirələr apardıqlarını bildirib. Onun sözlərinə görə, klub gələcəkdə Azərbaycan üçün peşəkar futbolçular yetişdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə