Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı "facebook" hesabında hazırda həbsdə olan vəkil Qurban Məmmədovun bir neçə gün əvvəl 2005- ci il parlament seçkiləri ilə bağlı yazdığı məqaləyə münasibət bildirib.
A. Hacılının Q. Məmmədova yazdığı cavab məktubunda qeyd edilir: "İndi həbsdə olan dostumuz Qurban Məmmədov 20 saylı Nərimanov seçki dairəsində 2005- ci il parlament seçkiləri haqda yazır ki, "məndən və ailəmdən başqa (biz təbii ki, İsa bəyə səs verdik), həyətimizdəki 74 ailənin 60-65-i Adil Əliyevə səs verdi. Qalanları da Aslan İsmayılova. Qurban bəy doğrudanmı belə hörmətsiz adamdır ki, onun yaşadığı həyətin seçiciləri onun müdafiə etdiyi şəxsə səs verməyib?"
Qeyd edək ki, Q. Məmmədov həbsxanadan məktub yazaraq 2005-ci ildə keçirilən parlament seçkilərində İsa Qəmbərə özündən və ailəsindən başqa kimsənin səs vermədiyini bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB